AZ

Bəşər Əsəddən ilk açıqlama:"Dekabrın 8-də..."

Suriyada 61 illik BAAS və 53 illik Əsəd rejimi müxalif qrupların 12 günlük irəliləyiş nəticəsində paytaxt Dəməşqə nəzarəti ələ keçirməsi ilə sona çatıb.

"Cebheinfo.az" xəbər verir ki, dekabrın 8-də Dəməşqi tərk edən devrilmiş lider Bəşər Əsəd ilk dəfə açıqlama verib.

Suriya Rəyasət Heyətinin "Telegram" kanalında  Bəşər Əsədin bəyanatı dərc olunub.

Məlum olub ki,  Bəşər Əsəd dekabrın 8-i səhər saatlarına qədər Dəməşqdə qalıb.

Əsəd açıqlamasında  “Dekabrın 8-nə qədər ölkəni tərk etməyi və ya istefa verməyi düşünmədim”, - deyib.

 Müxalifıt Dəməşqə daxil olanda, o, Rusiyanın koordinasiyası ilə Latakiyaya getdiyini bildirib.

phrase_var_article.chosen
54
cebheinfo.az

1phrase_var_article.sources