AZ

2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

Azercell-in təşəbbüsü ilə yaradılan xidmət çətin həyat şəraitində olan qadınlara dəstək olur.

2024-cü ilin iyun-noyabr ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub.

Mia.az-ın məlumata görə, onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən “Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə xidmət göstərir.

phrase_var_article.chosen
22
19
mia.az

10phrase_var_article.sources