AZ

Livan da Suriyadakı səfirliyini bərpa edir

Livan Suriyadakı səfirliyini yenidən açır.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Naquib Mikati göstəriş verib.

Mikatinin ofisindən verilən açıqlamada, Baş nazirin Livanın xarici işlər naziri Abdullah Buhabiblə danışdığı bildirilib.

Görüşdə İsrailin hücumlarını dayandırmaq üçün diplomatik səylər, həmçinin Suriyadakı vəziyyət müzakirə edilib.

Bildirilib ki, Livanın baş naziri Mikati telefon danışığı zamanı son hadisələrdən sonra bağlanan Dəməşqdəki səfirliyin yenidən açılması barədə məlumat verib.

Qeyd edək ki, artıq Türkiyə də 12 illik fasilənin ardınca Dəməşqdəki səfirliyini bərpa edib.//Qafqazinfo

Seçilən
34
9
konkret.az

10Mənbələr