Xəstəxanaya yerləşdirilən Xalq artistindən yeni xəbər
"Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq yoxdur". Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında tanınmış diktor Xalq artisti Ofeliya Sənaninin qardaşı deyib. O bildirib ki, ötən gün ani olaraq qan təzyiqi qalxan Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Xalq artistinin sabah xəstəxanadan evə buraxılmasının planlaşdırıldığı vurğulanıb.