AZ

“Bank BTB” son 3 ili ziyanla başa vurur, mənfəətə çıxa bilmir

“Bank BTB” bu ilin 9 ayını 493 min manat ziyanla başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank bu il mənfəətə çıxa bilməyib.
Bankın faiz gəlirlərinin həcmi 23 milyon 288 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 845 min manat və ya 3,7% çoxdur.
“Bank BTB”nin qeyri-faiz gəlirlərinin həcmi 4 milyon 269 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% və ya 827 min manat çoxdur.
Bankın faiz xərclərinin həcmi 14 milyon 174 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % və ya 90 min manat azdır. Bu ilin hesabat dövründə bankın qeyri faiz xərclərinin həcmi 9 milyon 548 min manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2% və ya 323 min manat azdır.
2023-cü ilin 9 ayını “Bank BTB” 987 min manat zərərlə başa vurub.
2023-cü ilin 9 ayını bank 22 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 2 milyon 582 min manat çoxdur.
Seçilən
11
3
yenilik.az

4Mənbələr