“Bank BTB” bu ilin 9 ayını 493 min manat ziyanla başa vurub.
Bankın faiz gəlirlərinin həcmi 23 milyon 288 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 845 min manat və ya 3,7% çoxdur.
“Bank BTB”nin qeyri-faiz gəlirlərinin həcmi 4 milyon 269 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% və ya 827 min manat çoxdur.
Bankın faiz xərclərinin həcmi 14 milyon 174 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % və ya 90 min manat azdır. Bu ilin hesabat dövründə bankın qeyri faiz xərclərinin həcmi 9 milyon 548 min manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2% və ya 323 min manat azdır.
2023-cü ilin 9 ayını “Bank BTB” 987 min manat zərərlə başa vurub.
2023-cü ilin 9 ayını bank 22 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 2 milyon 582 min manat çoxdur.