AZ

Şahzadə Endryunun çinli casusla əlaqələri ortaya çıxıb

London, 16 dekabr, AZƏRTAC

Şahzadə Endryu ilə Çin casusu olduğu iddia edilən şəxsin yaxın iş əlaqələri ortaya çıxıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, məhkəmə qərarı ilə anonimliyi ləğv edilən şəxsin çinli iş adamı Yanq Tenqbo olduğu bildirilib. O, Şahzadə Endryu ilə müxtəlif rəsmi tədbirlərdə, o cümlədən Bukinqem sarayı və Vindzor Qəsrində görüşlər keçirib. Böyük Britaniya Daxili İşlər Nazirliyi milli təhlükəsizlik səbəbləri ilə Yanq Tenqbonun ölkəyə girişini qadağan edib.

Şahzadə Endryunun Ofisi isə narahatlıqlar yarandıqdan sonra çinli iş adamı bütün əlaqələrin kəsildiyini bildirib. Bundan əlavə Yanq Tenqbo Böyük Britaniyanın sabiq baş nazirləri Devid Kemeron və Teresa Mey ilə də görüşlər keçirib. Şahzadə Endryu Kraliça II Elizabet və Edinburq hersoqu Şahzadə Filipin üçüncü övladı, həmçinin Kral III Çarlzın kiçik qardaşıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

phrase_var_article.chosen
51
4
azertag.az

5phrase_var_article.sources