"Real Madrid" Qitələrarası Kubokun finalı üçün Dohaya uçmasını təyyarənin nasazlığı səbəbindən təxirə salıb.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid-Doha reysi təyyarənin anbarında nasazlıq səbəbindən üç saat gecikib. Uçuşun vaxtının, həmçinin təyyarənin dəyişdirilməsi qərara alınıb.
Yeni plana əsasən, Karlo Ançelottinin komandası Dohaya yox, Qətərə enəcək.
Qitələrarası Kubokun finalı dekabrın 18-də (Bakı vaxtı ilə 21:00) baş tutacaq. “Real” finalda Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq.
Mirağa