AZ

Müğənni Azad Şabanova kim qadağa qoydu? – VİDEO

“Atam mənə “səhvlərimi təkrarlama” deyirdi”.

Medianews.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Azad Şabanov deyib.

Atasının həyatındakı rolundan danışan müğənni bildirib ki, onun məsləhətlərindən çox faydalanıb:

“İnsanlarımızda belə bir xüsusiyyət var ki, “bilmirəm” sözünü söyləməyə çəkinirlər. Atam mənə həmişə “nəyisə bilmirsənsə soruş. Bilməmək ayıb deyil, çalış, səhvlərimi təkrarlama” deyirdi. Mən dərk edənə kimi dəfələrlə bu sözləri dedi. Onun məsləhətləri həyatda məni bir çox vəziyyətlərdən sığortalayıb, indi də buna davam edir”.

Səs tellərində yaşadığı problemdən bəhs edən A.Şabanovun sözlərinə görə, həkimi ona bir ay danışmağa icazə verməyib:

“Pandemiya ərəfəsində əsəbdən səs tellərimlə bağlı problem yaranmışdı. Həkim də “sus, düzələcək” dedi. İlk həftə çətin idi, him-cim dili ilə məni yalnız ailəm başa düşürdü. Amma bir həftədən sonra çox rahat idim, əsəblərim də sakitləşmişdi. Hətta həkimə söylədim ki, kimsə soruşsa, daha bir ay susmalı olduğumu desin. Bilməzdim ki, belə bir təcrübə yaşayacağam. Təki xəstə olmayım, amma mənim üçün xoş bir sınaq idi. Bəzən həmin dönəm üçün darıxıram. İndi istəsəm də susmağı bacarmaram. Amma o zamanlar məcburi şəkildə bunu etdim”.

Ətraflı süjetdə:

phrase_var_article.chosen
21
4
medianews.az

5phrase_var_article.sources