AZ

“Elm və texnologiya” təqaüdünə BANM-ın 13 tələbəsi layiq görülüb

Birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 13 tələbəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsis etdiyi məqsədli “Elm və texnologiya” təqaüdünə layiq görülüb.

Ümumilikdə 16 təqaüd yeri ayrılıb, 13-ü BANM-ın tələbələrinə məxsusdur.

Bu məqsədlə Dövlət İmtahan Mərkəzinində görüş təşkil olunub. Tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavini  Kənan Kərimzadə, Mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev iştirak ediblər. Təqaüd almaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

1.      İmaməli Gülnarə - Kimya mühəndisliyi. 689.2 bal

2.      Omarov Abdul - Kimya mühəndisliyi.  689.1 bal

3.      Quliyev Rəvan - İnformasiya təhlükəsizliyi. 688.8 bal

4.      Xasıyeva Jalə - İnformasiya təhlükəsizliyi. 688.6 bal

5.      Məmmədli Əli - Kimya mühəndisliyi. 688.6 bal

6.      Ələsgərov Amil - İnformasiya təhlükəsizliyi. 688.5 bal

7.      Məmmədrzayev Səid - İnformasiya təhlükəsizliyi. 688.3 bal

8.      Hüseynova Leyla - Kimya mühəndisliyi. 688.1 bal

9.      Əliyeva Fəridə - İnformasiya təhlükəsizliyi. 687.1 bal

10.    Musazadə İlqar - Kompüter elmləri. 687 bal

11.    Qurbanov Murad - Kimya mühəndisliyi. 687 bal

12.    Xaməmmədova Fidan - Kompüter elmləri. 686.3 bal

13.    Hüseynli Nihat - Kompüter elmləri. 685.6 bal

Tələbələrimizi təbrik edir, qürur duyuruq!

phrase_var_article.chosen
19
4
fed.az

8phrase_var_article.sources