AZ

“Azəriqaz”ın rəhbərliyi Gəncədə vətəndaşları qəbul edəcək

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Bildirilib ki,“Azəriqaz” İB rəhbərliyinin Gəncə şəhərində vətəndaş qəbulu keçiriləcək.

19 dekabr saat 12:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 050-845-77-79; 055-224-90-66) müraciət edə bilərlər.
Seçilən
15
5
e-huquq.az

7Mənbələr