AZ

Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır


ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Florida ştatındakı Mar-a-Lago malikanəsində keçirdiyi mətbuat konfransında Suriya mövzusunda açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, Türkiyənin bölgədə çox böyük bir güc olduğunu vurğulayaraq, Prezident Rəcəb Tayyib Ərdoğanı “çox ağıllı bir adam” kimi tərif edib.


20 yanvar 2025-ci ildə prezidentlik vəzifəsini təhvil alacaq Donald Tramp, Mar-a-Lago malikanəsində keçirilən mətbuat konfransında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı yüksək qiymətləndirmələr edib. CNN Türk-ün ABŞ təmsilçisi Yunus Paksoy, Trampın bu sözlərini yayımlayıb:

Tramp, Floridada sərmayə mövzusunda keçirdiyi toplantı bitdikdən sonra təsadüfi sualları cavablandırmağa başladı. Suriya mövzusuna toxunulanda isə bu açıqlamalar ortaya çıxdı. 

 

e9f7b909-5a18-4eb5-a70a-6f111b5a5cc1.jpg (59 KB)

Tramp belə deyib:

• Sərhəd boyunca 5 min əsgərimiz var idi. Bir neçə generaldan soruşdum. Suriyada bir tərəfdə 250 min nəfərlik, digər tərəfdə isə 400 min nəfərlik bir orduları var idi, hətta daha çox əsgərləri də var.

• Bu arada Türkiyə böyük bir gücdür və Ərdoğan mənim çox yaxşı anlaştığım biridir. Onun çox güclü bir hərbi qüvvəsi var və bu ordu müharibələrlə yıpranmamışdır.

• Ərdoğan çox güclü və təsirli bir ordu qurdu.

• Yəni, 5 milyon nəfərlik bir ordu ilə 250 min nəfərlik bir ordu arasında, arada 5 min əsgərimiz var. Generala soruşdum: “Bu vəziyyət haqqında nə düşünürsünüz?” O da “Həmin an məhv edilərlər” dedi. Mən də onları oradan çıxardım və buna görə çox tənqid aldım. Amma nə oldu? Heç nə. Bir çox həyat xilas etdim. İndi 900 əsgərimiz var, bəzi əsgərləri geri göndərdilər.

• İndi tərəflərdən biri demək olar ki, tamamilə məhv edilib. Amma digər tərəfin kim olduğunu heç kim bilmir. Mən bilirəm, o Türkiyədir.

• Bəli, Türkiyə bu işin arxasındakı gücdür. Ərdoğan çox ağıllı bir adamdır. Türkiyə bunu min illərdir istəyirdi və oldu.

• Əsgərlərimizin öldürülməsini istəmirəm. Onsuz da artıq bu baş verməz, çünki bir tərəf tamamilə məhv edilib.

 


Seçilən
4
3
nuh.az

4Mənbələr