AZ

Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisidir - MEDİA direktoru

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinindavam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi iləyanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobalmiqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyiningöstəricisi olub.

Trend xəbər verir ki,bubarədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoruƏhməd İsmayılov “Media Savadlılığı” konfransında çıxışı zamanıdeyib.

O qeyd edib ki, Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizindünyanın diqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycanmediasının fəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkədaxilində deyil, eyni zamanda beynəlxalq media gündəmininformalaşdırılmasında peşəkar fəallığını artırması üçün ciddiinformasiya əsası yaradıb.

“COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasdanüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrinhəyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyətgötürməsinin növbəti təzahürü idi.

BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab ediləniqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektivişıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətindolğun məlumatlandırılması baxımından səmərəli media vəkommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgünformalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.

Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün mediasubyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksəkpeşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanıninformasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.

Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətləriniyüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrikedir, təşəkkürümüzü bildiririk!”,- deyə o bildirib.

Seçilən
57
5
az.trend.az

9Mənbələr