Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusunun Xan Yunisdəki məktəbə təşkil etdiyi hücumu pisləyib. BMT-nin sözçüsü Stefan Dujarrik keçirilən gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, Xan Yunisdəki məktəbə endirilən hava hücumu nəticəsində mülki vətəndaşların öldüyünü və yaralandığını qeyd edib.
Stefan Dujarrik deyib: ''Biz mülki vətəndaşlara edilən hücumları pisləyirik''.
Bundan əlavə, BMT-nin Qəzzanın şimalına qida və su çatdırmaq üçün üç dəfə müraciət etdiyini deyən Stefan Dujarrik hər üç müraciətin də İsrail tərəfindən rədd edildiyini vurğulayıb.
İsrailin Qolan təpələrində qeyri-qanuni məskunlaşma fəaliyyətinə münasibət bildirən BMT-nin sözçüsü Stefan Dujarrik deyib: ''İsraili bütün məskunlaşma fəaliyyətlərinə son qoymağa çağırırıq. Bu, həm işğal olunmuş Fələstin torpaqları, həm də Qolan təpələri üçün keçərlidir''.
Stefan Dujarrik bu cür fəaliyyətlərin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.