AZ

Qırğızıstanın baş naziri postundan niyə gedib? - MTDK rəhbərinin şərhi

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev mətbuat konfransında Nazirlər Kabinetinin keçmiş rəhbəri Akılbek Japarovun istefasını şərh edib.

Musavat.com 24.kg saytına istinadla xəbər verir ki, komitə sədrinin sözlərinə görə, kadrlar vəzifəsindən azad etmək prezidentin səlahiyyətinə aiddir. “Akılbek Usenbekoviç təcrübəli insandır və dövlət üçün çoxlu yaxşı işlər görüb. Biz prezidentin qərarlarını müzakirə etmirik”, - Taşiyev deyib.

Bununla belə, jurnalistlər bu istefanın Vergi Xidmətindəki korrupsiya ilə əlaqəsinin olub-olmadığını soruşublar. Kamçıbek Taşiyev belə cavab verib: “O, nə iləsə əlaqəsi olduğu üçün getdi. Elə-belə getmədi”.

Xatırladaq ki, dekabrın 16-da Qırğızıstanın baş naziri Akılbek Japarov gözlənilmədən tutduğu vəzifədən istefa verib.

Bundan əvvəl, dekabrın 6-da Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları Dövlət Vergi Xidmətinin sədri Altınbek Abduvapovu və onun müavini İslambek Kıdırqıçovu saxlayıb və dindiriblər.

Daha sonra Bişkekdə paytaxtın hər dörd rayon departamentinin vergi əməkdaşlarının kütləvi həbsi baş verib.

MTDK rəhbəri Kamçıbek Taşiyev bəyan edib ki, vergi məmurları elektron yük qaiməsi (ETNN) ilə bağlı korrupsiya sxemi yaradıb və bu, ölkə büdcəsinə 3,2 milyard som ziyan vurub. Eyni zamanda o qeyd edib ki, Vergi Xidmətinin yüksək rütbəli rəhbərlərinin də saxlanıla biləcəyi istisna edilmir.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr