AZ

Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 2,5 dəfə artıb – Şahmar Mövsümov

Bakı. Trend:

Nəqliyyat texnologiyaları Azərbaycanın strateji əhəmiyyətinimöhkəmləndirərək biznes üçün yeni imkanlar yaradır. 2019-2024-cüillər ərzində tranzit daşımalarının həcmi 2,5 dəfə artıb. Bu,Azərbaycanın Şimal və Orta Dəhliz kimi beynəlxalq nəqliyyatmarşrutlarında mövqelərinin güclənməsi ilə əlaqədardır.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Prezidentinin köməkçisi − AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlərvə innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar MövsümovBakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

“Xüsusilə Orta Dəhliz sayəsində Çindən Avropaya yükdaşımalarınsəmərəliliyi artırılıb və tranzit müddəti 8-10 günə qədərazaldılıb. Bu nailiyyətlər son illərdə həyata keçirilən rəqəmsalxidmətlər və infrastruktur layihələri sayəsində mümkün olub”, -deyə o bildirib.

Ş.Mövsümov qeyd edib ki, həm tranzit vaxtının, həm dəbəyannamələrin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan normativmüddətlərin daha da azaldılması imkanı mövcuddur.

“Bu imkanlar gömrük orqanları və biznes nümayəndələri tərəfindənbirgə öyrənilməli və tətbiq edilməlidir. Müasir nəzarət vəmonitorinq sistemlərinin tətbiqi gömrük əməliyyatlarınınizlənilməsini asanlaşdırır”, - deyə Ş.Mövsümov əlavə edib.

Seçilən
13
az.trend.az

1Mənbələr