Türkiyə Super Liqası komandası "Qalatasaray" Argentina millisinin və "Roma"nın üzvü Paulo Dybalanı transfer etmək istəyir.
"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılı" klubun rəsmiləri futbolçunun təmsilçisi ilə danışıqlara başlayıb.
Dünən tərəflər arasında ilk görüş baş tutub. Daha sonra futbolçunun təmsilçisi ilə Corc Qardi "Trabzonspor" oyununu birlikdə izləyib.