AZ

"Media sahəsində savadlı olmağa xüsusi ehtiyac var" - İsmət Səttarov

"Hazırkı informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media sahəsində savadlı olmağa xüsusi ehtiyac var. Media savadlılığı ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır". SİA xəbər verir ki, bu sözləri Audiovizual Şuranın sədri İsmət Səttarov "Media savadlılığı” konfransında söyləyib.

O bildirib ki, informasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir: "Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinki jurnalistlər, eyni zamanda, hər kateqoriyaya aid insan üçün olduqca böyük əhəmiyyət daşıyır. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində yer alması çox mühümdür.

Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrildiyini deyə bilərik".

Seçilən
14
16
sia.az

10Mənbələr