“The Ritz-Carlton Residences Baku” dekabrın 11-də rəsmi olaraq qapılarını açdı və məşhur “Ritz-Carlton” brendini ilk dəfə Azərbaycana təqdim etdi. Möhtəşəm açılış mərasimində “PAŞA Real Estate Qrup” və “Marriott International” şirkətlərinin yüksək səviyyəli rəhbər heyəti, nüfuzlu qonaqlar iştirak etdilər.
Bakının mərkəzində yerləşən “The Ritz-Carlton Residences - Baku” lüks həyat tərzinə yeni yanaşma təqdim edir. Bu unikal layihə müasir dəbdəbəni incə zövqlə birləşdirərək, şəhərin möhtəşəm panoramasını, Zaha Hadidin dizayn etdiyi Heydər Əliyev Mərkəzini və Xəzər dənizinin füsunkar mənzərəsini əks etdirən xüsusi konsepsiyası ilə fərqlənir.
Bu eksklüziv layihə yalnız bir binadan ibarət olub 79 premium mənzili özündə cəmləşdirir və prestijə, həmçinin şəxsi məxfiliyə dəyər verənlər üçün mükəmməl yaşayış təcrübəsi təqdim edir.
Geniş yaşayış sahəsi, zərif interyer dizaynı və möhtəşəm mənzərələri ilə seçilən mənzillərin sakinləri həm də tanınmış “The Ritz-Carlton” xidmətlərindən istifadə imkanı əldə edirlər.
Layihə, həmçinin dünya standartlarına uyğun müasir idman zalı, qapalı üzgüçülük hovuzu, istirahət və əyləncə üçün nəzərdə tutulmuş sosial məkanlar kimi üstünlükləri ilə fərqlənir.
“The Ritz-Carlton Residences” layihəsi “PAŞA Real Estate Qrup” və dünyaca məşhur dizayn və tikinti tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilib. Mənzillərdən layihə daxilindəki digər bütün məkanlara qədər hər biri, məşhur “Kristina Zanić Consultants” dizayn studiyası tərəfindən yaradılıb və Azərbaycana xas zərif elementlərlə zənginləşdirilib. Layihənin hər bir aspekti “Ritz-Carlton” brendinin qızıl standartlarına tam uyğunlaşdırılıb.
“PAŞA Real Estate Qrup”un maliyyə direktoru Levent Kirazoğlu layihənin əhəmiyyətini belə vurğulayıb: “PASHA Real Estate Qrup” olaraq Azərbaycanda daşınmaz əmlak sektorunda qlobal mükəmməllik nümunələrini tətbiq edərək yeni standartlar müəyyənləşdirməyə çalışırıq. “The Ritz-Carlton Residences - Baku” bunun bariz nümunəsidir. Dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edərək, biz yalnız premium mənzillər deyil, həm də xüsusi bir həyat tərzi təklif edirik. Bu layih, müasir dövrün komfortlu həyat tələblərinə cavab verən və ən yüksək xidmət standartlarını təmin edən yaşayış konsepsiyasıdır. Açarların təhvili mərhələsinə başladığımız bu dövrdə sakinlərimizə yalnız mənzil təqdim etmirik, eyni zamanda, üstün keyfiyyətin standart halına gəldiyi bir həyat tərzinin qapılarını açırıq”.
“Marriott International”ın Avropa, Yaxın Şərq, Afrika və Karib regionu üzrə Yaşayış Komplekslərinin İdarəedilməsi üzrə vitse-prezidenti Alicia Koenig isə layihə ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “The Ritz-Carlton Residences - Baku”nun açılışı əsası hotel sənayesinin əfsanəsi olan Cezar Ritz tərəfindən qoyulmuş “Ritz-Carlton” brendinin yüzillik tarixində yeni mərhələnin başlanğıcıdır. “The Ritz-Carlton Residences - Baku”nun idarə edilməsi bizə bu nüfuzlu brendin hər bir qonağına göstərdiyi xüsusi diqqət və xidmət mükəmməlliyini sakinlərə də təqdim etmək üçün bənzərsiz fürsət yaradır”.
Açılış mərasimindən sonra “PAŞA Real Estate Qrup” bu mühüm layihəyə həyat verərək mənzilləri sahiblərinə təhvil verməyə başlayacaq. Bakı şəhərinin mərkəzində, Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzindən yalnız 5 dəqiqəlik piyada məsafədə yerləşən “The Ritz-Carlton Residences - Baku” şəhərin əsas məkanlarına yaxınlığı ilə seçilir. Azadlıq meydanı (3 km), Bakı Dəmiryol Stansiyası (3.7 km) və Fəvvarələr meydanı (3.7 km) qısa məsafədədir, Heydər Əliyev Beynəlxalq Aeroportuna isə (22 km) rahat şəkildə çatmaq mümkündür.
Qeyd
“The Ritz-Carlton Residences - Baku” layihəsi “The Ritz-Carlton Hotel Company, L.L.C.” və ya onun törəmə şirkətlərinə ("Ritz-Carlton") məxsus deyil, onlar tərəfindən inkişaf etdirilmir və ya satılmır. “Yelken Operating Company MMC” “The Ritz-Carlton” əmtəə nişanlarını “Ritz-Carlton” tərəfindən verilən lisenziya əsasında istifadə edir və bu sənəddəki bəyanatların və ya təqdimatların dəqiqliyini “Ritz-Carlton” təsdiq etməmişdir.
***
“PAŞA Real Estate Qrup” haqqında
“PAŞA Real Estate Qrup”, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan “PAŞA Real Estate Qrup” sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.
Media əlaqələri üçün:
Əzizə Seyidova
Marketinq üzrə Qrup Direktoru
PAŞA Real Estate Qrup
E-poçt: [email protected]