AZ

Beyləqanda vəzifəli şəxs zəhərlənərək öldü: Həyat yoldaşının vəziyyəti ağırdır -Yenilənib

"Beyləqanın Bünyadlı kəndində dəm qazından zəhərlənən 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir"...

 

Bu məlumat Oxu.Az-n sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd olunur ki, 16 dekabr saat 20:30-da zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasiyentin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, dəm qazından zəhərlənərək həyatını itirən 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədovun isə Bünyadlı kənd mədəniyyət evinin müdiri olduğu məlum olub.

***

Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.

"Report" xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Poliqon.info

phrase_var_article.chosen
22
2
poliqon.info

10phrase_var_article.sources