AZ

DGK: Gömrük yığımlarının büdcənin qeyri-neft-qaz gəlirlərində payı 34 %-dir

Azərbaycanda gömrük yığımlarının dövlət büdcəsinin gəlirlərində payı 18 %-ə, o cümlədən büdcənin qeyri-neft-qaz gəlirlərində payı 34 %-ə çatıb.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

"Halbuki, 10 il bundan əvvəl qeyd etdiyim göstəricilər 10 %-dən aşağı olub", - deyə o qeyd edib.

Seçilən
33
5
far.az

6Mənbələr