AZ

Kamal Abdulla ağır əməliyyat keçiribmiş

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ağır əməliyyat keçirib.

Modern.az-ın məlumatına görə, əməliyyat bu yaxınlarda baş tutub.

Xalq yazıçısı APA-ya müsahibəsində məlumatı təsdiq edib. O, əməliyyatdan sonrakı vəziyyəti barədə də danışıb.

"Çox yaxşıyam. Həkimlərimə minnətdaram. Onlar məni çox ağır vəziyyətdən çıxara bildilər. İndi yavaş-yavaş əvvəlki həyat ritmimə, iş rejimimə qayıdıram", - rektor deyib.

Qeyd edək ki, 74 yaşlı Xalq yazçısı 2017-ci ildən ADU-ya rəhbərlik edir.

Seçilən
9
10
modern.az

10Mənbələr