AZ

Tələbə qızdan bankın binasında ağlasığmaz hərəkət

Rusiyanı Qatçina bölgəsində polis bank binasında fişəng yandıran 20 yaşlı universitet tələbəsini saxlayıb. 

News24.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Hadisə Krasnaya küçəsində yerləşən kredit təşkilatının filialında baş verib. Tələbə qız atəşfaşanlığa başlayanda bankın binası tüstü ilə dolub və xilasedicilər 15 nəfəri təxliyə etməli olub. 

İlkin məlumatlara görə, itki olmayıb.

Qeyd edək ki, həmin gün Tixvin şəhərində yerli məktəbin 16 yaşlı 9-cu sinif şagirdi poçt idarəsinin binasını yandırmağa cəhd edib. Onun üzərindən kibrit və 5 litr benzin aşkar edilərək götürülüb.

Ağa Dadaşzadə

Seçilən
26
news24.az

1Mənbələr