AZ

DGK sədri: Dövlət büdcəsi ilə bağlı proqnozun yerinə yetirməsində problem yoxdur VİDEO

Bakı, 17 dekabr, AZƏRTAC

Büdcə proqnozunun yerinə yetirilməsində hər hansı bir problem, çətinlik yoxdur. Növbəti ilin də büdcə sənədləri qəbul olunub və biz müəyyən olunmuş tapşırıqları yerinə yetirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində jurnalistlərə açıqlaması zamanı deyib.

“Gömrük orqanları bu il də büdcə proqnozunun yerinə yetirilməsini təmin edəcək. Bu proqnoz hesablamalara əsaslanır. Ticarət əməliyyatları, xüsusilə idxalın həcmi nəzərdən keçirilir. Daha sonra dəqiq rəqəmlər təsbit olunur. Hesablanan rəqəmlər beynəlxalq praktikaya əsaslanır. Bunun nəticəsində sahibkarlar ödənişləri dövlət büdcəsinə məmnuniyyətlə ödəyirlər. Hər kəs gömrük rüsumlarının və vergilərin ödənilməsinə görə qürur hissi keçirməlidir. Nəticə etibarilə toplanan vergilər hər birimizin həyat səviyyəsinə təsir edir. Belə ki, büdcə vəsaitləri müxtəlif pensiyaların ödənilməsi, quruculuq işləri, infrastruktur layihələrinin icrasına yönəldilir”, - deyə o qeyd edib.

DGK sədri bildirib ki, gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri formalaşmalıdır: “Bu dəyər vahid metodiki hesablama əsasında həyata keçirilir. gömrük dəyərinin müəyyən edilməsi gömrük işi sayəsində ən önəmli məsələlərdəndir. Bir daha vurğulamaq istəyirəm ki, bu proseslərdə əsas rolu sahibkarlar oynayır”.

Seçilən
48
4
azertag.az

5Mənbələr