AZ

Qısa idxal bəyannaməsi bir bəyannamə ilə əvəz ediləcək

Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəzlənməsi planlaşdırılır.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

“Bildiyiniz kimi, hazırda sərhəd keçidinə qədər ən azı 1 saat əvvəl qısa idxal bəyannaməsi, daha sonra isə ölkə daxilində idxal gömrük bəyannaməsi təqdim olunur. Komitə olaraq gələcəkdə qısa idxal bəyannaməsini vahid bəyannamə ilə əvəz etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.

N. Şirinov vurğulayıb ki, bu, sahibkarların idxal və daşımacılıq proseslərini daha sürətli və rəvan həyata keçirməsinə imkan yaradacaq.

© “Report” 

idxal bəyannaməsi
Seçilən
29
3
marja.az

4Mənbələr