AZ

Aqil Abbas: Kitabxanada Marksın, Engelsin kitabları olmalıdır

"Marksın, Engelsin kitabları kitabxanada olmalıdır, keçmişi də bilməliyik".

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, indi hamı öz cibindən kitab buraxdırır: “Özü kitab çıxaranlardan heç kim də kitabları kitabxanaya vermir. Məsələn, mən cibimdən hər ay 100-200 manat verib yazıçı, şairlərin kitablarını alıram. Bu gün elə kitabxanalar var ki, heç işləmir. Bu gün hamı elektron kitab oxuyur. Amma elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləməyə bənzəyir. Kitabın ətri olmalıdır. Lenin kitabxanası ləğv olunub, Prezident kitabxanası ediləndə oradakı kitabların hamısını aparıb tökdülər Binəqədiyə düzə. Mən gedib oradan kitab seçdim. Sonra dostumuz İlqar Əlfioğlu maşın-maşın oradan kitab seçib həbsxanalara apardı. Yəni ora ən qədim kitabxana idi, dağıtdılar”. APA

Seçilən
6
4
kulis.az

5Mənbələr