AZ

Hacıqabul Sənaye Parkı genişləndirilir, bu şirkət 8 milyon manatlıq - TENDER UDDU

“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40.0 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə tikinti” işləri” tenderinin nəticələrini elan edib.

Bu şirkət Gədəbəydə abadlıq işlərindən 1 milyona yaxın - PUL QAZANACAQ

FED.az xəbər verir ki, tenderin qalibi “Protean Construction” ASC olub.

Qalib şirkətə 7 999 999 manat ödəniləcək.

Qeyd edək ki, “Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.

Seçilən
16
fed.az

1Mənbələr