Keçmiş məmuru edam ediblər
Çinin hakimiyyət orqanları mənimsəmə və rüşvət yolu ilə 3,06 milyard yuanı mənimsəyən Hohot Texno-İqtisadi İnkişaf Zonasının işçi komitəsinin keçmiş katibi Li Jianpin barəsində ölüm hökmü çıxarıb.
Reyting.az xəbər verir ki, Çin Ali Xalq Məhkəməsinin yaydığı məlumata görə, Li Jianpin təxminən 426 milyon dollar mənimsəyib.
Li Jianpin fırıldaq yolu ilə adı açıqlanmayan dövlət şirkətindən 1,43 milyard yuandan (199 milyon dollar) çox pul əldə edib. Bundan əlavə, o, 577 milyon yuan (80 milyon dollar) rüşvət alıb və 1,06 milyon yuanı (147 milyon dollar) mənimsəyib. Bu vəsaitlərin bir hissəsi heç vaxt geri qaytarılmayıb.
Rüşvət və mənimsəmə ilə yanaşı, Li Jianpin, qeyd edildiyi kimi, “qanunsuz və cinayətkar fəaliyyətlərdə əlbir olmaqda” ittiham edilir. Li Jianpinin şəxsi əmlakı müsadirə olunur.
Qeyd olunur ki, ölümündən əvvəl Li Jianpinə qohumları və dostları ilə görüşə icazə verilib.
V. QULİYEV