AZ

"Bavariya"nın futbolçusu zədələnərək sıradan çıxıb

Almaniya təmsilçisi "Bavariya"nın futbolçusu Saşa Boe zədələnərək sıradan çıxıb.

"Far.Az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi sol ayaq biləyindən zədələnib. O, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, fransalı futbolçu cari mövsüm münhenlilərin heyətində 8 oyuna çıxıb. S.Boe 2021-2024-cü illər aralığında Türkiyənin "Qalatasaray" klubunda forma geyinib.

Seçilən
50
5
far.az

6Mənbələr