AZ

Suriya dünyaya müraciət etdi: Milli valyuta tamamilə çöküb

Suriyanın hazırkı hakimiyyət orqanları beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkənin hesablarının qaytarılmasını istəyib.

Axar.az xəbər verir ki, bu bəyanatla Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir çıxış edib.

“Suriyanın valyuta ehtiyatları çox aşağıdır, milli valyuta tamamilə çöküb”, - Əl-Bəşir bildirib.

Əl-Bəşir ölkənin yenidən qurulmasını gücləndirmək və əhaliyə, o cümlədən ölkəyə qayıdan qaçqınlara dəstək olmaq üçün Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvinin vacibliyini qeyd edib.

Seçilən
32
1
axar.az

2Mənbələr