AZ

Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan edildi

Rusiyanın Krasnodar diyarının Anapa şəhərində dəniz sahilinin neftlə çirklənməsi səbəbindən fövqəladə vəziyyət elan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Kerçdə Rusiyaya məxsis iki tankerin qəzaya uğramasından sonra dənizə dağılan neft sahil boyunca 35 km məsafədə yayılıb.

Qeyd edək ki, dekabrın 15-də səhər Kerç boğazında Rusiyanın “Volqoneft 212” və “Volqoneft-239” adlı iki tankeri batıb.

Seçilən
19
3
yenicag.az

4Mənbələr