AZ

“Alibaba” şirkəti “Intime” şəbəkəsini 1 milyard dollara satacaq

Çinin internet nəhəngi “Alibaba Group” holdinqi “Intime” univermaqlar və ticarət mərkəzləri şəbəkəsini satmaq qərarına gəlib.

Şirkətin yaydığı məlumata görə, univermaqlar şəbəkəsi bir qrup sərmayədara 1,02 milyard dollara satılacaq. Hazırda “Intime” şəbəkəsində 99 faizlik paya sahib olan “Alibaba” 2017-ci ildə onu 2,6 milyard dollara satın almışdı. Hazırkı sövdələşmə “Alibaba” holdinqinə 1,58 milyard dollar zərər vuracaq.

“The Wall Street Journal” qəzeti şirkətin Çin daxilində artan rəqabət şəraitində bütün diqqətini elektron ticarətə yönəltdiyini vurğulayır. “PDD Holdings” və “ByteDance” kimi rəqibləri şirkətin bu sahədəki bazar payını sürətlə ələ keçirməyə çalışırlar.

“Alibaba”nın səhmləri çərşənbə axşamı günü Honkonq hərracında 1,6 faiz ucuzlaşıb. Buna baxmayaraq, ilin əvvəlindən bəri onların dəyərində təxminən 10 faizlik artım qeydə alınıb.

phrase_var_article.chosen
28
2
banker.az

3phrase_var_article.sources