AZ

Cənubi Koreya prezidenti qiyam ittihamlarından danışır

Parlament tərəfindən impiçment elan edildikdən sonra müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan Cənubi Koreya prezidenti Yoon Seok-yeol hərbi vəziyyət elan etdiyi üçün ona qarşı irəli sürülən qiyam ittihamlarını rədd edib.

Oxu24.com xəbər verir  ki, bu barədə “Yonhap” mənbələrə istinadən məlumat yayıb.

 

Yun Seok Yeolun nümayəndələri də qeyd ediblər ki, o, məhkəmə iclaslarında öz mövqeyini “öz qənaətinə uyğun inamla” bildirmək niyyətindədir.

Dekabrın 14-də Koreya Respublikası Milli Assambleyasının üzvləri 204 səslə dövlət başçısının impiçmentini dəstəkləyiblər. Daha sonra Cənubi Koreya prokurorları prezident Yoon Seok-yeola dindirilmək üçün çağırış vərəqəsi göndəriblər, lakin o, buna məhəl qoymayıb və gəlməyib.

 

Miri

 

Seçilən
26
oxu24.com

1Mənbələr