AZ

DEPUTATIN maşınına BOMBA qoyuldu, polis və qvardiya TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ

Naməlum şəxs Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun avtomobilində bomba qoyduğunu açıqlayıb.

 Paytaxt.org bildirir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, naməlum şəxs təcili xidmətə zəng edərək Kartapolovun avtomobilini partlatmaq üçün işə götürüldüyünü bildirib. Zəng edən şəxs maşının altına bomba taxdığını bildirib, lakin sonra zəng edərək partlayışla bağlı xəbərdarlıq edib”, - deyə telekanal bildirib. Qeyd olunur ki, hazırda deputatın Rujeyni zolağında dayanmış avtomobili partlayıcı maddələr üzrə ekspertlər tərəfindən yoxlanılır, Rusiya Qvardiyası və polis əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, bu gün səhər Rusiyanın paytaxtı Moskva şəhərində partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və sürücüsü həlak olub. Partlayıcı qurğu onun evinin girişinin yanında dayanan skuterə yerləşdirilib, məsafədən idarə edilərək partladılıb. Qurğunun partlayış gücü təxminən 300 qram trotilin ekvivavelenti olub. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak generalın ölümündə Kiyevin əlinin olmadığını iddia edib. O suala lakonik cavab verib: “Ukrayna terror üsullarından istifadə etmir”.

Seçilən
14
10
paytaxt.org

10Mənbələr