AZ

Rusiyada 2,6 ton kürü məhv ediləcək

Rusiyanın cənubunda 2,6 ton keyfiyyətsiz qırmızı kürü məhv ediləcək

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rosselxoznadzorun Rostov, Volqoqrad və Həştərxan vilayətləri və Kalmıkiya Respublikası üzrə departamenti məlumat yayıb.

Məlumata görə, Rusiyanın bir sıra cənub regionlarında 2,6 tondan çox keyfiyyətsiz və təhlükəli çəhrayı qızılbalıq kürüsü dövriyyədən çıxarılaraq məhv ediləcək.

Şöbənin mütəxəssisləri "Time Fish" MMC-nin istehsal etdiyi 2,6 tondan artıq çəhrayı qızılbalıq kürüsünün təhlükəli olmasını aşkarlayıblar. 

Qeyd edək ki, mayın 1-dən Rusiyada nərə və qızılbalıq kürüsünün məcburi etiketlənməsinə başlanılıb. İdxalçılar və distribyutorlar bu tarixdən sonra istehsal olunan bütün kürülərə etiketləmə kodu tətbiq etməlidirlər. Onlar həmçinin məhsulların etiketləmə sisteminə dövriyyəyə daxil edilməsi haqqında məlumat verməlidirlər.

Gülşən Şərif

Seçilən
34
bakivaxti.az

1Mənbələr