AZ

Alman iş adamlarının iqtisadiyyata inamı 2020-ci ildən bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada iş dünyasının iqtisadiyyata inamı dekabr ayında da azalıb.

Banco.az xəbər verir ki, qərargahı Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO), təxminən 9 min şirkətin iştirakı ilə aparılan dekabr ayı Ifo Biznes Mühiti İnam İndeksinin nəticələrini dərc edib.

Məlumatlar göstərir ki, Almaniyada ötən ay 85,6 punkt olan Ifo Biznes Mühit İnam İndeksi şirkət rəhbərlərinin cari gözləntilərinin pisləşməsi səbəbiylə noyabr ayında 84,7 punkta geriləyib.

Beləliklə, indeks oktyabrdakı tək artımı nəzərə almasaq, son 7 ayda 6 dəfə azalaraq 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb. Bazar proqnozları indeksin 85,5 bəndədək azalacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
30
banco.az

1Mənbələr