AZ

Direktor: "Azərbaycan informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin hədəfindədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir".
"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media savadlılığı" konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm medianın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir.
Ə.İsmayılov vurğulayıb ki, agentlik tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlanıb:
"Media və təhsil nümayəndələri, həmçinin yeniyetmə və gənclər media savadlılığı üzrə ixtisaslaşmış ekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadi əsasda seminarlara cəlb olunmaqdadırlar. Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunub.
İctimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib".
O əlavə edib ki, cəmiyyətin ictimai-siyasi sayıqlığının qorunması, ölkəyə qarşı yönəlmiş qarayaxma kampaniyalarının qarşısının alınması, dövlətçilik prinsip və dəyərlərinin təbliği istiqamətində dövlətin mesajlarının media vasitəsilə cəmiyyətə düzgün çatdırılması ictimai rəyin sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir etməkdədir.
Seçilən
34
27
oxu.az

10Mənbələr