AZ

Avropa İttifaqına üzvlük strateji hədəfimizdir - Ərdoğan

Avropa İttifaqına (Aİ) üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşdən sonra bildirib.

“Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji hədəf olaraq qalır. Bizim Aİ-yə üzvlüyümüz həm ittifaq, həm də ölkəmiz üçün mühüm töhfə olacaq. Son hadisələr Türkiyənin açar ölkə kimi mövqeyini daha da gücləndirdi. Hazırkı danışıqlarımızın əsas gündəliyini Türkiyə ilə Aİ arasındakı münasibətlərin canlandırılması üçün atıla biləcək ortaq addımlar təşkil edir. Gözləntimiz budur ki, Aİ Türkiyənin üzvlük perspektivlərini möhkəmləndirən yeni baxış ortaya qoyacaq”, - prezident bildirib.
Seçilən
14
1
sherg.az

2Mənbələr