AZ

Polşa Aİ-dən rekord məbləğdə maliyyə yardımı alıb

Avropa İttifaqı (Aİ) Varşavaya rekord məbləğdə - 40 milyard zlotı (təxminən 10 milyard dollar) tranş ayırıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin fondlar və regional siyasət naziri Katajina Pelçinskaya-Nalenç “X” sosial şəbəkəsində yazıb.

"Aİ-nin Bərpa və Dayanıqlığın Artırılması Fondundan dörd tranş alınıb ki, bu da ümumilikdə 40 milyard zlotıdır", - siyasətçi yazıb.

Avropa Komissiyası (AK) noyabrın ortalarında Varşavanın bu vəsaitlərin köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.

phrase_var_article.chosen
9
10
far.az

10phrase_var_article.sources