AZ

Baş nazir mühüm qərar imzaladı

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sözügedən qurumun adı "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları", "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı", "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu" və "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"na daxil edilib.

Belə ki, fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, eləcə də, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən olunacaq.

Qərarla Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti "Hökumət buludu"na mərhələli Keçid Planına daxil edilib.

Bundan başqa, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"na salınıb.

Seçilən
28
6
musavat.com

10Mənbələr