AZ

Azərbaycanda 58,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədəfəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyardmanatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1faiz çox deməkdir.

Qeyd olunub ki, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz,qeyri neft-qaz sektorunda isə 7,2 faiz artıb. Sənaye məhsulunun64,4 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,8 faizi elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalısektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olub. Ümumiistehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faiziisə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabınayaradılıb.

Məqalədə:
phrase_var_article.chosen
37
4
az.trend.az

5phrase_var_article.sources