AZ

2024-cü ildə icbari tibbi sığortadan 74.2 milyon manat gəlir əldə edilib

İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur.

Fins.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, 2020-ci ildən etibarən icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manat gəlir əldə olunub:

"2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur".

Sədr əlavə edib ki, səhiyyəyə ayrılan vəsait 2.8 milyard manatı ötüb. Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir.

Onun sözlərinə görə, Agentlik 2020-2023-cü illər və 2024-cü ilin ilk 10 ayı ərzində dövlət tibb müəssisələrini 400 milyon manatdan çox məbləğdə dərman və tibbi sərflə təmin edib.

Fuad Mədətov
Fins.az

Seçilən
14
4
fins.az

5Mənbələr