AZ

Jorje Mendeş tarixin ən yaxşı futbolçusunu açıqladı

Məşhur futbol agenti, portuqal mütəxəssis Jorje Mendeş futbol tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Arena.az “Tuttosport” dərgisinə istinadən məlumat verir ki, Jorje Mendeş seçimini keçmiş müştərisi, “Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo üzərində saxlayıb:

“Kristiano qollar ardınca qollar vurmağa, rekordlar ardınca rekordlar qırmağa və icra etdiyi yaxşı işlərdən həzz almağa davam edir. Mən bunu ilk dəfə demirəm və bu, sonuncu dəfə də olmayacaq: mənim üçün o, həmişə futbol tarixinin ən yaxşı oyunçusu olacaq”, deyə nüfuzlu mütəxəssis vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar

Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Kristiano Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Seçilən
9
1
arena.az

10Mənbələr