Almaniya Suriyada Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə göndərdiyi diplomatik nümayəndələr vasitəsilə "Heyəti Təhriri əl-Şam" (HTŞ) təşkilatı ilə ilk danışıqlara başlayıb.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, görüşdə Suriyada keçid dövrü və etnik azlıqların qorunması məsələləri müzakirə olunub.
Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında səfər zamanı Dəməşqdə diplomatik nümayəndəliyin açılması imkanlarının da araşdırılacağı qeyd olunub. Nümayəndə heyətinin Suriyada vətəndaş cəmiyyətinin və xristian icmasının təmsilçiləri ilə də görüşlər keçirəcəyi bildirilib.
Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində görüşlə bağlı paylaşımda bildirilib:
“Əsəd Suriyada öz xalqına qarşı dəfələrlə kimyəvi silahlardan istifadə etdi. Artıq Suriyanın kimyəvi silahlarının araşdırılması və ləğv edilməsi üçün şans var. Bu istiqamətdə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) daha çox dəstək veririk və bu barədə bu gün Dəməşqdəki görüşlərdə də müzakirələr aparırıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta