AZ

Mayotda qasırğa zamanı 1700 nəfər yaralanıb

Mayotda “Şido” qasırğasından sonra ölənlərin sayı 20 nəfərə çatıb. SİA TASS-a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Fransua Bayru deyib. “Bu günə olan məlumata görə, yaralananların sayı 1700 nəfərə çatıb ki, onların da 200-ü ağır durumdadır”, - F.Bayru bildirib. O, bu rəqəmlərin yekun göstərici olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.

Qeyd edək ki, Mayotda “Şido” qasırğası dekabrın 14-də başlayıb.

Seçilən
14
6
sia.az

7Mənbələr