AZ

BMT: 2025-ci ildə bir milyon Suriyalı qaçqın geri qayıda bilər

BMT:
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci ilin ilk yarısında təxminən bir milyon suriyalının ölkələrinə qayıtmasının gözlənildiyini açıqlayıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının Yaxın Şərq və Şimali Afrika Direktoru Rema Camus İmseis bildirib ki, Əsəd rejiminin devrilməsi ilə Suriya böhranının həllində yeni bir ümid yaranıb.
İmseis, qaçqınların məcburi şəkildə geri göndərilməməli olduğunu vurğulayıb: “İnsanlar bir gecədə dağıdılmış ölkəyə qayıda bilməzlər. Sığınacaq hüquqları qorunmalıdır,” - deyə o qeyd edib.

Eyni zamanda, bir neçə Avropa ölkəsi suriyalıların sığınacaq müraciətlərini donduracaqlarını açıqlayıb. Sağçı siyasi partiyalar isə qaçqınların geri göndərilməsi ilə bağlı təzyiq göstərməyə davam edir.

Seçilən
15
1news.az

1Mənbələr