AZ

"ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək" - Ağ Ev-dən Ukraynaya XƏBƏRDARLIQ

Image

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ukrayna ilə bağlı yeni açıqlama ilə çıxış edib. O qeyd edib ki, əgər Vaşinqton Kiyevə kömək etməyə hazır olduğu barədə bəyanatlarından geri çəkilərsə, Ukraynanın Rusiya ilə potensial danışıqlarda mövqeyi zəifləyəcək. SİTAT: “Hesab edirəm ki, ABŞ-ın hazırkı və gələcək administrasiyası Ukraynaya kömək etmək istəyini nümayiş etdirməli və onu özünü qorumaq üçün lazımi vasitələrlə təmin etməlidir, çünki bu, danışıqlar masası arxasında yaxşı nəticə əldə etmək üçün rıçaq olacaq. Əgər biz bu təfərrüat olmadan sövdələşməyə gedəcəyimizi desək, o zaman Ukrayna yaxşı danışıqlar mövqeyində olmayacaq”, - deyə o bildirib.

Mətləb Salahov





Seçilən
35
28
baki-xeber.com

10Mənbələr