AZ

Zurabişvili bu gün Avropa Parlamentində çıxış edəcək

Gürcüstanın səlahiyyət müddəti başa çatan prezidenti Salome Zurabişvili bu gün - dekabrın 18-də Avropa Parlamentində çıxış edəcək.

Bu barədə Azadlıq Radiosunun Avropa ofisinin məlumatında bildirilib.

Zurabişvili Avropa Parlamentinin sədri Roberta Metsolanın dəvətilə Brüsselə gedib.

“Avropa Parlamenti Tbilisi küçələrində və ölkə boyu dinc etiraz və yürüşlər keçirən, ölkəni Avropa gələcəyinə qayıtmağa çağıran və su şırnaqları altında Aİ bayraqlarını dalğalandıran Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirir.

Gürcüstan xalqı, biz sizi görürük, eşidirik və dəstəkləyirik. Avropa Parlamenti Gürcüstan müxalifətinin repressiyalarını və dinc nümayişçilərə qarşı güc tətbiqini qəti şəkildə pisləyir, bu hərəkətlər Gürcüstanın Avropa yolu ilə bir araya sığmır.

Biz məsul şəxslərə qarşı sanksiyalar da daxil olmaqla qətiyyətli addım atmağa çağırırıq. Biz bütün 27 Aİ üzv ölkəsini bir araya gəlib bu tədbirləri razılaşdırmağa çağırırıq.

Hakim "Gürcü Arzusu" Partiyası isə seçkilərin saxtalaşdırıldığı barədəki iddiaları rədd edir.

Gürcüstanın hazırda bir-birini qəbul etməyən iki prezidenti var:

Dekabrın 14-də hakim “Gürcü Arzusu” Partiyasının parlamentdə təşkil etdiyi səsvermə nəticəsində ölkənin yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili və postunu təhvil verməyən köhnə prezident Salome Zurabişvili.

Salome Zurabişvili müxalifətin yanındadır.

"Cebheinfo.az"

Seçilən
9
3
cebheinfo.az

5Mənbələr