AZ

Rusiyalı general 100 min dollar qarşılığında öldürülüb? - Yenilənib

Dünən Moskvada rusiyalı general İqor Kirillov və köməkçisinin həlak olması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Kommersant” yayıb.  

Bildirilib ki, hadisənin sifarişçiləri messencer vasitəsilə şübhəli bilinən şəxslərlə əlaqə saxlayıb və onlara Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı şəxslərin koordinatlarını verib. 

Məsələ ilə bağlı hələ rəsmi məlumat verilməyib. 

Xatırladaq ki, dekabrın 17-də Moskvada yaşayış binasında partlayış zamanı Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub. Rusiyanın İstintaq Komitəsi bildirib ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib.

***

Rusiyanın Federal Təhlükəsizlik Xidməti isə öz növbəsində saxlanılan şəxslərdən birinin 29 yaşlı Özbəkistan vətəndaşı olduğunu açıqlayıb. 

Bildirilib ki, hadisə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilib və həmin şəxsə terror aktı qarşılığında 100 min dollar və Avropa İttifaqı ölkəsinə göndərilmək vəd edilib. 

Məlumata görə, şübhəli bilinən şəxs skuterə bombanı yerləşdirib, avtomobil icarəyə götürüb, ona kamera yerləşdirib və görüntüləri Dnepropetrovskdakı təşkilatçılara ötürüb.

Seçilən
13
3
qafqazinfo.az

5Mənbələr