AZ

Azərbaycan BMT Baş Assambleyasında neonasizmlə mübarizə haqqında qətnamənin lehinə səs verib

Azərbaycan BMT Baş Assambleyasında Rusiyanın irəli sürdüyü “Nasizmin, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün müasir formalarının genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümü ilə mübarizə” adlı qətnamənin lehinə səs verib.

“TASS” xəbər verir ki, sənədi 119 ölkə dəstəkləyib, 53 ölkə əleyhinə, 10 ölkə bitərəf qalıb.

Əleyhinə səs verənlər arasında Almaniya, İtaliya, Kanada, ABŞ, Ukrayna və Yaponiya da var. Azərbaycan, Əlcəzair, Belarus, Boliviya, Braziliya, Çin, Kuba və Serbiya qətnamənin lehinə çıxış ediblər.

Almaz Həsənli

Seçilən
8
1
oxumeni.az

10Mənbələr